...

ABŞ Kubaya neft tədarük edən ölkələrin mallarına tarif tətbiq edə bilər

Dünya xəbərləri Materials 30 Yanvar 2026 06:42 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Kubaya neft tədarük edən ölkələrin mallarına rüsum tətbiq edilməsi ilə bağlı fərman imzalayıb.

Trend-in məlumatına görə, bu barədə sənəd Ağ Evin saytında dərc olunub.

Fərmana əsasən, Kubaya birbaşa və ya dolayı yolla hər hansı neft satan və ya başqa şəkildə tədarük edən başqa bir ölkə tərəfindən istehsal edilən və ABŞ-a idxal edilən mallara əlavə advalor (malların dəyərinə mütənasib) rüsumları tətbiq edilə bilər.

Xəbər lenti

Xəbər lenti