...

Yanvar ayı ekstremal istilər və şaxtalarla fərqlənib – ÜMT

Dünya xəbərləri Materials 31 Yanvar 2026 15:34 (UTC +04:00)
Yanvar ayı ekstremal istilər və şaxtalarla fərqlənib – ÜMT
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ekstremal istilər, güclü şaxtalar və leysan yağışları 2026-cı ilin yanvarını hava ziddiyyətləri ayına çevirib. Bu, dəqiq proqnozların və erkən xəbərdarlıq sistemlərinə investisiyaların əhəmiyyətini göstərir.

Trend xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) məlumat yayıb.

Məlmata görə, dünyanın bütün regionlarında ciddi insan tələfatına, iqtisadi itkilərə və ətraf mühitə ziyana səbəb olan təbii hadisələr qeydə alınıb.

Ümumdünya Meteorologiya Təşkilatı, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə təşəbbüslər çərçivəsində ekstremal istilərin və digər hava təhlükələrinin nəticələri ilə mübarizə işi gücləndirilir.

Mütəxəssislər vurğulayır ki, 2026-cı ilin yanvar ayı erkən xəbərdarlığa, iqlim dayanıqlığına və fəlakətlərə hazırlığa yatırılan investisiyaların insanların həyatını xilas etdiyini bir daha xatırlatdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti