...

Tramp Qrenlandiya ilə bağlı danışıqların başladığını açıqladı

Dünya xəbərləri Materials 1 Fevral 2026 09:18 (UTC +04:00)
Tramp Qrenlandiya ilə bağlı danışıqların başladığını açıqladı

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı danışıqların başladığını və həm Vaşinqton, həm də Avropa üçün "yaxşı bir razılaşma" əldə olunacağına ümid etdiyini bildirib.

Trend-in məlumatına görə, bu barədə D.Tramp jurnalistlərə deyib.

"Biz danışıqlara başladıq", - o, jurnalistlərin Qrenlandiya məsələsi ilə bağlı Avropa liderləri ilə əlaqə saxlması ilə bağlı suallarına cavab olaraq bildirib.

"Ümid edirəm ki, bu, hər kəs üçün yaxşı bir razılaşma olacaq. Milli təhlükəsizlik baxımından bu, çox vacib bir razılaşmadır. Düşünürəm ki, razılaşma əldə edəcəyik", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti