Bakı. Trend:
Nigeriyanın qərbində yerləşən Kvara ştatının Voro kəndinə silahlıların hücumu nəticəsində azı 162 nəfər ölüb.
Trend xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin yerli bölməsinin katibi Babaomo Ayodecinin sözlərinə görə, hazırda ölənlərin sayı 162 nəfərdir və meyitlərin axtarışı davam etdirilir.
Nigeriya polisi hücum faktını təsdiqləsə də, qurbanların sayı ilə bağlı rəsmi açıqlama verməyib. Məlumata əsasən, silahlılar fevralın 3-ü axşam saatlarında Voro kəndinə hücum edərək yerli mağazaları və digər obyektləri yandırıblar.
