...

Mask daha bir ölkədə “Starlink” peyk rabitəsinin işə salındığını elan etdi

Dünya xəbərləri Materials 5 Fevral 2026 09:51 (UTC +04:00)
Mask daha bir ölkədə “Starlink” peyk rabitəsinin işə salındığını elan etdi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikalı milyarder İlon Mask Tacikistanda “Starlink” peyk rabitəsi sistemini işə salıb.

Trend xəbər verir ki, bu barədə “SpaceX”in sahibi öz rəsmi “X” səhifəsində paylaşım edib.

““Starlink” artıq Tacikistanda əlçatandır”, -deyə o yazıb.

Qeyd edək ki, “Starlink” İlon Maskın “SpaceX” şirkətinin layihəsidir və məqsədi Yer ətrafında minlərlə peyk yerləşdirərək bütün dünyaya sürətli internet verməkdir.

Xüsusilə ucqar kəndlərdə, dağlıq ərazilərdə və internetin zəif olduğu yerlərdə əlaqəni yaxşılaşdırmaq üçün nəzərdə tutulub. Bununla da kabel və ya mobil şəbəkə olmayan yerlərdə internetdən istifadə mümkün olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti