...

Əbu-Dabidə Ukrayna münaqişəsi üzrə danışıqların ikinci raundu başa çatdı (FOTO) (YENİLƏNİB)

Dünya xəbərləri Materials 5 Fevral 2026 16:30 (UTC +04:00)
Əbu-Dabidə Ukrayna münaqişəsi üzrə danışıqların ikinci raundu başa çatdı (FOTO) (YENİLƏNİB)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Ukrayna münaqişəsinin nizamlanması üzrə keçirilən üçtərəfli (ABŞ-Ukrayna-Rusiya) danışıqların ikinci raundu başa çatıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, iki gün davam edən danışıqların yekununda tərəflər 314 hərbi əsirin dəyişdirilməsi barədə razılaşıblar.

Bu barədə ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff X sosial şəbəkəsində məlumat verib.

Qısa müddət sonra Rusiya Müdafiə Nazirliyi “157-yə 157” formulu üzrə əsir mübadiləsinin baş tutduğunu açıqlayıb.

xxx

11:50

Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların ikinci günü start götürüb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə fevralın 5-də Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Rüstəm Umerov məlumat verib.

“Əbu-Dabidə danışıqların ikinci günü başlayıb”,- deyə o, "Telegram" kanalında yazıb.

Onun sözlərinə görə, danışıqları əvvəlki formatlarda aparılır: üçtərəfli məsləhətləşmələr keçirilir və bundan sonra mövqelərin əlaqələndirilməsi həyata keçirilir.

Günün nəticələri barədə daha sonra məlumat veriləcəyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti