...

ABŞ-ı müflislik təhlükəsindən yalnız robotlar və süni intellekt xilas edə bilər - Mask

Dünya xəbərləri Materials 6 Fevral 2026 07:04 (UTC +04:00)
ABŞ-ı müflislik təhlükəsindən yalnız robotlar və süni intellekt xilas edə bilər - Mask

Bakı. Trend:

Amerikalı milyarder İlon Mask ABŞ-ın qaçılmaz şəkildə müflislik riski ilə üz-üzə qaldığını və bu təhlükədən çıxış yolunun yalnız süni intellekt və robot texnologiyalarının inkişafından keçdiyini deyib.

Trend xəbər verir ki, Mask bu fikirləri amerikalı bloqer Dvarkeş Patelə aid “YouTube” podkastında səsləndirib.

“Bir dövlət kimi süni intellekt və robotlar olmadan biz 1000 faiz ehtimalla müflis olacağıq və uğursuzluğa düçar olacağıq. Dövlət borcu problemini başqa heç nə həll edə bilməz”, – deyə o qeyd edib.

Maskın sözlərinə görə, ABŞ-ın dövlət borcu inanılmaz dərəcədə sürətlə artır.

O bildirib ki, ümid edir ABŞ müflisliyi müəyyən müddətlik təxirə sala və bu vaxt ərzində süni intellektlə robot texnologiyalarının inkişafı üçün kifayət qədər zaman qazana biləcək.

Sahibkarın fikrincə, gələcəkdə məhz bu texnologiyalar dövlət borcu probleminin həllində əsas rol oynaya bilər.

Xəbər lenti

Xəbər lenti