...

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-yə səfər edəcək

Dünya xəbərləri Materials 8 Fevral 2026 00:13 (UTC +04:00)
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-yə səfər edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin Baş naziri Benyamin Netanyahu gələn həftə ABŞ-yə səfər edəcək.

Trend xəbər verir ki, bu barədə hökumət başçısının ofisi məlumat yayıb.

Bildirilib ki, Netanyahu və ABŞ Prezidenti Donald Tramp fevralın 11-də Vaşinqtonda Amerika–İran danışıqlarını müzakirə edəcəklər.

Qeyd edək ki, İran və ABŞ cümə günü Omanın paytaxtı Maskatda Tehranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli ilə bağlı danışıqları bərpa edib.

Xəbər lenti

Xəbər lenti