Bakı. Trend:
Hindistanın şimalında yerləşən Racastan ştatının Kota şəhərində binanın çökməsi nəticəsində azı səkkiz nəfər xəsarət alıb.
Trend xəbər verir ki, xəsarət alanlar yerli xəstəxanaya yerləşdirilib.
Məlumata görə, dağıntılar altında qalan digər mümkün qurbanların tapılması məqsədilə axtarış-xilasetmə əməliyyatları davam etdirilir. İlkin ehtimallara əsasən, binanın uçması zamanı dağıntılar altında təxminən 20 nəfər qala bilər.
Qalan insanların dəqiq sayı hələlik müəyyən edilməyib.
