...

Banqladeşdə Nipah virusundan ilk ölüm qeydə alındı

Dünya xəbərləri Materials 8 Fevral 2026 06:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Banqladeşdə Nipah virusu səbəbindən ilk ölüm hadisəsi baş verib. Ölən 40-50 yaşlarında qadın olub.

Trend xəbər verir ki, xəstə yanvar ayında qızdırma, şiddətli başağrısı, dezorientasiya və qıcolma simptomları ilə xəstəxanaya yerləşdirilib.

Müalicəyə baxmayaraq, onun vəziyyəti sürətlə pisləşib və bir həftə sonra vəfat edib. Nümunələrdə Nipah virusu yalnız ölümündən bir gün sonra aşkar edilib.

Məlumata görə, qadın səyahət etməsə də, yoluxmuş yarasaların ifrazatı ilə çirklənmiş çiy xurma şirəsi içib. Qadınla təmasda olmuş 35 nəfər tibbi müşahidə altındadır və indiyə qədər onların Nipah testləri mənfi çıxıb.

Xəbər lenti

Xəbər lenti