...

İran və ABŞ arasında müzakirələr irəliyə doğru bir addım idi – Pezeşkian

Dünya xəbərləri Materials 8 Fevral 2026 10:50 (UTC +04:00)
İran və ABŞ arasında müzakirələr irəliyə doğru bir addım idi – Pezeşkian
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Regionda dost ölkələrin əməkdaşlığı ilə təşkil olunan İran və ABŞ arasında müzakirələr irəliyə doğru bir addım idi.

Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, məsələlərin dinc yolla həlli istiqamətində dialoq İranın həmişəki strategiyası olub.

Pezeşkian əlavə edib ki, İranın nüvə məsələsində məntiqi Nüvə Silahlarının Yayılmamasına dair Saziş (NPT) çərçivəsində qeyd olunan haqqıdır.

“İran həmişə hörmətə hörmətlə cavab verir, lakin zorakılığa boyun əymir”, - deyə o qeyd edib.

Qeyd edək ki, 6 fevralda İran və ABŞ arasında Omanın Məsqət şəhərində İranın nüvə proqramı ilə əlaqədar danışıqlar aparılıb. Tərəflər danışıqların davam etdirilməsi üzrə razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti