...

Sosialist Xose Sequro Portuqaliya prezident seçkilərində qalib gəlir

Dünya xəbərləri Materials 9 Fevral 2026 02:57 (UTC +04:00)

Bakı. Trend:

Portuqaliyada keçirilən prezident seçkilərinin ikinci turunda Sosialist Partiyasının namizədi Antonio Xose Sequro qalib gəlir.

Trend-in məlumatına görə, bu barədə "EFE" agentliyi xəbət verib.

Məlumata əsasən, səslərin 95%-dən çoxu sayıldıqdan sonra o, 66,14% səs topladı. Seguranın rəqibi, ifrat sağçı "Chega!" (Bəsdir!) partiyasının namizədi Andre Ventura səslərin 33,86%-ni topladı.

Portuqaliyanın mərkəz-sağçı hökumətinin rəhbəri Luis Monteneqro artıq Sequro ilə "müsbət və konstruktiv" əməkdaşlığa hazır olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti