Bakı. Trend:
Fevralın 9-da Günəşdə “M” sinfindən olan güclü partlayış baş verib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
“9 fevral tarixində Moskva vaxtı ilə saat 05:27-də (Bakı vaxtı ilə 06:27) rentgen diapazonunda 4366 saylı ləkələr qrupunda (N17W56) 30 dəqiqə davam edən M2.8 sinifli alışma qeydə alınıb”,- məlumatda qeyd olunur.
Bundan əvvəl, fevralın səkkizində 4366 aktiv sahəsinin M və X sinfindən olan partlayışların sayına görə 21-ci əsrin tarixi rekordunu təzələdiyi bildirilmişdi.
Qeyd edək ki, Günəş alışmaları rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Ən aşağı sinif olan A0.0 Yer orbitində kvadrat metrə görə 10 nanovat şüalanma gücünə uyğun gəlir. Hər növbəti sinfə keçid zamanı güc 10 dəfə artır.
