Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı tərəflər davam edən nüvə danışıqları ətrafında fikir mübadiləsi aparıblar.
