...

Çində qızıl mədənində qəza baş verdi

Dünya xəbərləri Materials 10 Fevral 2026 07:08 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin şərqində yerləşən Şandun əyalətində qızıl mədənində baş verən qəza nəticəsində azı yeddi nəfər həlak olub.

Trend xəbər verir ki, bu barədə “Penpay” nəşri məlumat yayıb.

Bildirilib ki, hadisə Çjaoyuan şəhər dairəsində yerləşən Tsançjuan qızıl mədənində qeydə alınıb.

Məlumata görə, qəza zamanı şaquli şaxtada qaldırıcı qəfəs düşüb. Fevralın 7-də baş vermiş hadisənin səbəblərinin araşdırılması üçün istintaqa başlanılıb.

Eyni zamanda, qəza ilə bağlı məlumatın gizlədilməsinə cəhd göstərildiyi iddiaları əsasında şaxtanı istismar edən şirkət barəsində ayrıca araşdırma aparıldığı bildirilib.

Xəbər lenti

Xəbər lenti