...

Kanadada məktəbdə atışma: ölənlərin sayı 10 nəfərə çatıb

Dünya xəbərləri Materials 11 Fevral 2026 09:33 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kanadanın Britaniya Kolumbiyası əyalətinin Tambler Ric şəhərində məktəbdə baş vermiş atışma nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, hadisə yerinə gələn polis orta məktəbin binasında 6 nəfərin meyitini aşkarlayıb, bir nəfər isə yaralı vəziyyətdə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Daha iki nəfərin meyiti isə yaxınlıqdakı evdən aşkarlanıb. Hüquq mühafizə orqanları həmin cinayətləri orta məktəbdəki silahlı insidentlə əlaqəli olduğunu ehtimal edir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin də meyiti məktəb ərazisində tapılıb. O öz həyatına qəsd edib.

xxx

07:06

Kanadanın Tambler Ric şəhərində yerləşən məktəbdə atışma baş verib.

Trend xəbər verir ki, atışma nəticəsində 7 nəfər həyatını itirib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs də hadisə yerindən ölü tapılıb. Hadisənin səbəbləri və digər təfərrüatlar məlum deyil.

Qeyd edək ki, məktəbdə 7-ci sinifdən 12-ci sinfə kimi şagirdlər təhsil alır.

Xəbər lenti

Xəbər lenti