...

Günəşdə ardıcıl 3 güclü partlayış olub

Dünya xəbərləri Materials 11 Fevral 2026 13:34 (UTC +04:00)
Günəşdə ardıcıl 3 güclü partlayış olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 11-də Günəşin aktiv sahəsində üç güclü alışma qeydə alınıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

“Fevralın 11-də Moskva vaxtı ilə saat 03:09-da (Bakı vaxtı ilə 04:09) rentgen diapazonunda 4366 saylı ləkələr qrupunda (N16W84) 24 dəqiqə davam edən M1.2 sinifli alışma qeydə alınıb... Saat 03:44-də rentgen diapazonunda 4366 saylı ləkələr qrupunda (N19W87) 21 dəqiqə davam edən M1.1 sinifli alışma qeydə alınıb... Saat 03:57-də rentgen diapazonunda 4366 saylı ləkələr qrupunda (N17W87) 9 dəqiqə davam edən M1.4 sinifli alışma qeydə alınıb”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, 4366 saylı aktiv sahə yanvar-fevral aylarında Günəşdə M və X sinifli alışmaların sayına görə XXI əsrin rekordunu yeniləyib. Bu cür hadisələrin ümumi sayı 66-ya çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti