...

Avropa Parlamenti Ukraynaya iri həcmdə kreditin ayrılmasını təsdiqlədi

Dünya xəbərləri Materials 11 Fevral 2026 16:16 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Parlamenti Ukraynaya 2026-2027-ci illərdə 90 milyard avroluq kreditin ayrılmasını təsdiqləyib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu səsvermənin nəticələri əks etdirir.

Bu məbləğ Avropa İttifaqı ölkələri tərəfindən maliyyə bazarlarında ümumavropa istiqrazlarının yerləşdirilməsi yolu ilə cəlb edilib. Bunun anonsunu bir müddət əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Lyayen vermişdi.

İclasda iştirak edən 642 deputatdan 458-i Ukraynaya kreditin ayrılmasının lehinə səs verib, 140 deputat əleyhinə çıxıb, 44 nəfər isə səsvermədə bitərəf qalıb.

19 dekabr 2025-ci il tarixində Avropa İttifaqı Ukraynaya 2026–2027-ci illər üçün 90 milyard avro məbləğində kredit ayrılması barədə qərar qəbul edib. Macarıstan, Çexiya və Slovakiya kreditin təqdim edilməsində iştirakdan imtina ediblər.

Almaniyanın kansleri Fridrix Merts dəqiqləşdirib ki, Ukrayna üçün nəzərdə tutulan kredit faizsiz olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti