Bakı. Trend:
"Qezani" siklonunun Madaqaskar üzərindən keçməsi nəticəsində ən azı 31 nəfər ölüb, 36 nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə "Orange" portalı rəsmi məlumatlara istinadən xəbər verib.
Madaqaskarın şərq sahilinin 16 rayonunda, o cümlədən Atsinanana, Analamanqa, Analandzirufu və Alautre-Manquruda zərər çəkənlərin ümumi sayı 250 mini keçib.
Yeddi min insan evlərini tərk etmək məcburiyyətində qaldı. 17 mindən çox ev dağıdıldı, daha 36 min evə ziyan dəydi və təxminən 11 min ev su altında qaldı.