...

ABŞ Hindistana mümkün yeni silah satışını hazırlayır

Dünya xəbərləri Materials 12 Fevral 2026 02:59 (UTC +04:00)

Bakı. Trend:

Vaşinqton administrasiyası Hindistanla ticarət mübahisələrinin demək olar ki, həll olunduğuna inanır və ölkəyə potensial olaraq yeni silah satışına hazırlaşır.

Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Pol Kapur fevralın 11-də bildirib.

"Bizim geniş müdafiə gündəliyimiz var. Biz bu yaxınlarda 10 illik çərçivə müqaviləsi imzaladıq. Bu, bizə qarşılıqlı fəaliyyət qabiliyyətini inkişaf etdirməyə, birgə təlimlər keçirməyə və son illərdə üzərində işlədiyimiz bir çox sahələrdə irəliləməyə imkan verəcək. Bu fəaliyyəti genişləndirəcəyik", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti