...

Kreml Ukrayna ilə bağlı üçtərəfli danışıqların növbəti raundunun tarixini və məkanını açıqladı

Dünya xəbərləri Materials 13 Fevral 2026 15:58 (UTC +04:00)
Kreml Ukrayna ilə bağlı üçtərəfli danışıqların növbəti raundunun tarixini və məkanını açıqladı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna məsələsinin nizamlanması ilə bağlı Rusiya, ABŞ və Ukrayna arasında növbəti danışıqlar raundu Cenevrədə keçiriləcək.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

O bildirib ki, qarşıdakı danışıqlar raundunda Rusiyadan olan nümayəndə heyətinə Vladimir Putinin köməkçisi Vladimir Medinski başçılıq edəcək.

“Ukrayna nizamlanması üzrə növbəti danışıqlar raundu, həmçinin üçtərəfli Rusiya-ABŞ-Ukrayna formatında fevralın 17-18-də Cenevrədə keçiriləcək”, – deyə Kreml nümayəndəsi deyib.

Qeyd edək ki, Rusiya, Ukrayna və ABŞ-nin iştirakı ilə təhlükəsizlik məsələləri üzrə üçtərəfli məsləhətləşmələrin birinci raundu yanvarın 23-24-də Əbu-Dabidə keçirilib.

Fevralın 4-5-də Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların ikinci raundu baş tutub. Nəticələrə əsasən, ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff Moskva və Kiyevin 314 hərbi əsirin mübadiləsi barədə razılığa gəldiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti