...

Avropa öz müdafiəsi üçün məsuliyyət daşımalıdır - Kir Starmer

Dünya xəbərləri Materials 14 Fevral 2026 15:34 (UTC +04:00)
Avropa öz müdafiəsi üçün məsuliyyət daşımalıdır - Kir Starmer
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Avropa öz müdafiəsi üçün məsuliyyət daşımalıdır.

Trend xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Keir Starmer Münxen Təhlükəsizlik Konfransında bildirib.

"Avropa olmadan Britaniya üçün təhlükəsizlik yoxdur, Britaniya olmadan Avropa üçün də təhlükəsizlik yoxdur. Bu, tarixin dərsidir və bu günün reallığıdır. Buna görə də, birlikdə bu ana yüksəlməliyik. Daha çox xərcləməli, daha çox iş görməli və səylərimizi daha sıx əlaqələndirməliyik. Ən əsası isə, bunu ABŞ ilə birlikdə etməliyik", - o deyib.

Starmer qeyd edib ki, ABŞ-ın son 80 ildə Avropa təhlükəsizliyinə verdiyi töhfə misilsizdir.

"Vəziyyətin dəyişdiyini başa düşürük. ABŞ-ın Milli Təhlükəsizlik Strategiyasında açıq şəkildə deyilir ki, Avropa öz müdafiəsi üçün əsas məsuliyyəti öz üzərinə götürməlidir. Bu, yeni reallıqdır", - o qeyd edib.

Starmerin sözlərinə görə, dünya kökündən dəyişib.

"Söhbət Avropa təhlükəsizliyi və Avropa üçün daha böyük strateji muxtariyyət vizyonundan gedir. Bu vizyon ABŞ-nin geri çəkilməsini nəzərdə tutmur, əksinə məsuliyyətlərin daha ədalətli bölüşdürülməsi çağırışına cavab verir və bizə bu qədər səmərəli xidmət edən əlaqələri yeniləyir", - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti