Bakı. Trend:
2025-ci ildə ölkənin mənfi xarici ticarət balansı 44 milyard dolları ötüb.
Trend-in məlumatına görə, bu barədə Ukraynanın Dövlət Gömrük Xidmətinin məlumatında bildirilir.
Məlumata əsasən, ötən il ərzində xarici ticarət dövriyyəsi 125,1 milyard dollar təşkil edib. Bu dövrdə ölkəyə 84,8 milyard dollar dəyərində mal idxal olunub, ixrac isə 40,3 milyard dollar təşkil edib.
2025-ci ilin yanvar-dekabr aylarında Ukraynaya ən çox məhsul ixrac edən üç ölkə Çin (19,2 milyard dollar), Polşa (7,9 milyard dollar) və Almaniya (6,6 milyard dollar) olub.
Hesabat dövründə Ukrayna mallarının əsas alıcıları isə Polşa (5 milyard dollar), Türkiyə (2,7 milyard dollar) və Almaniya (2,4 milyard dollar) olub.