...

Mozambikdə “Gezani” siklonu azı dörd nəfərin ölümünə səbəb oldu

Dünya xəbərləri Materials 15 Fevral 2026 20:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mozambikdə “Gezani” siklonu nəticəsində azı dörd nəfər həlak olub.

Trend bu barədə "RFI" radiostansiyasına istinadən xəbər verir.

Mozambik meteoroloqlarının məlumatına görə, küləyin sürəti saatda 215 kilometrə çatıb və İnyambane əyalətində ciddi dağıntılara səbəb olub.

Nəticədə regionun 130 mindən çox sakini elektrik enerjisiz qalıb. Bir çox yaşayış evi, məktəb və tibb müəssisəsi dağılıb.

Xəbər lenti

Xəbər lenti