...

Səudiyyə Ərəbistanında muzeydə dünyanın ən böyük Qurani-Kərim kitabı nümayiş olunur

Dünya xəbərləri Materials 16 Fevral 2026 05:48 (UTC +04:00)
Səudiyyə Ərəbistanında muzeydə dünyanın ən böyük Qurani-Kərim kitabı nümayiş olunur

Bakı. Trend:

Səudiyyə Ərəbistanı Krallığının Hira mədəniyyət rayonundakı Qurani-Kərim Muzeyində dünyanın ən böyük Qurani-Kərim kitabı nümayiş olunur. Kitabın ölçüləri 312:220 sm-dir. 700 səhifədən ibarət olan müqəddəs böyüklüyünə görə Ginnesin Rekordlar Kitabına daxil edilib.

Trend “Əl-Ərəbiyyə” saytına istinadla xəbər verir ki, nümayiş olunan kitab 16-cı əsrə aid tarixi nüsxənin böyüdülmüş formasıdır. Əl-Fatihə surəsi nəsx xətti ilə qalan surələr isə süls xətti ilə yazılıb. Muzeydə sərgilənən Qurani-Kərim islam kitab sənətinin və ərəb xəttatlığının unikal nümunəsidir. Onun qədim orijinal nüsxəsi Kral Əbdüləziz Vəqf Kitabxanaları Mərkəzində qorunur.

Xəbər lenti

Xəbər lenti