"Barselona" Harri Keynin transferi ilə maraqlanır

İdman Materials 29 İyun 2026 04:53 (UTC +04:00)
"Barselona" Harri Keynin transferi ilə maraqlanır

Bakı. Trend:

İspaniyanın "Barselona" klubu Almaniyanın "Bavariya" komandasında çıxış edən hücumçu Harri Keynin nümayəndələri ilə əlaqə saxlayaraq İngiltərə millisinin kapitanının transfer imkanlarını müzakirə edib.

Bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.

Məlumata görə, 32 yaşlı hücumçunun "Bavariya" ilə hazırkı müqaviləsinin müddəti daha bir mövsümü əhatə edir. Bildirilib ki, futbolçunun nümayəndələri "Barselona"dan gələn zəngdən sonra digər danışıqları dayandırıblar.

Qeyd olunur ki, dünya çempionatı başa çatdıqdan sonra tərəflər əsas diqqəti "Bavariya" ilə yeni müqavilənin imzalanmasına yönəldəcəklər. Bununla belə, qəzetin mənbələrinin məlumatına görə, transferin reallaşması üçün ən kiçik imkan yaranacağı təqdirdə "Barselona" Harri Keyni heyətinə qatmaq üçün bütün imkanlarını səfərbər edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti