...

Saakaşvili: Rusiya ilə münasibətlərin qaydaya salınması əsas prioritetdir

Dünya xəbərləri Materials 11 May 2006 16:53 (UTC +04:00)

Mixail Saakaşvili " Rusiya ilə münasibətlərin sahmana salınmasını bu gün Gürcüstan üçün əsas prioritet hesab edir".

Trend in verdiyi məlumata görə, prezident eyni zamanda bildirib: "Təbii ki, bizim üçün Rusiya ilə münasibətlərimizin normallaşdırılması və onların maksimum yaxşılaşması və inkişafı üçün şəraitinin yaradılması çox mühümdür ". O həmçinin, qeyd edib ki, "MDB-dən çıxmaq Gürcüstan üçün məqsəd deyil ". Onun sözlərinə görə, ölkə "öz inkişafının keçid dövründədir". "Biz MDB-dən çıxmaq barədə düşünməyə başladığımızı elan etmişik. Lakin biz bu məsələni öyrənirik ", - deyə Saakaşvili qeyd edib.

Bununla yanaşı, o, qeyd edib ki, Rusiyanın Gürcüstana qarşı tətbiq etdiyi iqtisadi sanksiyalarla ölkənin inkişafının qarşısını almaq olmaz". Bu barədə İTAR-TASS məlumat verib.

Xəbər lenti

Xəbər lenti