...

Gürcüstanda bank qarət olunub

Dünya xəbərləri Materials 19 İyun 2006 18:56 (UTC +04:00)

Senaki şəhərində (Qərbi Gürcüstan) bazar ertəsinə keçən gecə bank qarət olunub. Cinayətkarlar "Xalq Bankı"nın filialını qarət edib və gizlənə biliblər. Hazırda bankın binasında istintaq işləri ararılır, polis cinayətkarları axtarır.

Trend in Gürcüstan DİN-dəki "İnterfaks"a istinadən verdiyi xəbərə görə, soyğunçular qarovulçunu bağlayıb, bankın bütün siqnalizasiyasını söndürə və binanın hər yerinə daxil ola biliblər.

Bank əməkdaşlarının sözlərinə görə, cinayətkarlar üç kisə qızıl və təxminən 300 min lari (165 min ABŞ dollarından çox) oğurlayıblar. Kisələrdə nə qədər qızıl olduğu barədə isə heç nə deyilmir.

Xəbər lenti

Xəbər lenti