...

Ukraynanın "narıncı" partiyaları koalisiya haqqında razılaşıb

Dünya xəbərləri Materials 21 İyun 2006 17:42 (UTC +04:00)

Prezident seçkilərində Viktor Yuşenkonun qalib gəlməsinə çalışan Ukraynın 3 "narıncı" partiyası yeni hökumətin formalaşdırılması ilə bağlı razılığa gəldiyini elan edib.

Koalisiyanın yarıdılması haqqında sazişin nə vaxt imzalanacağı hələ məlum deyil. Trend agentliyinin "BBC Russia"ya istinadən yaydığı məlumata əsasən, "Bizim Ukrayna" blokunun sədri Roman Bessmertnı bəyan edib ki, sənəd texniki baxımdan cümə axşamına həzar olacaq, lakin həmin gün - iyunun 22-də Böyük Vətən Müharibəsinin başlanmasının 65 illiyi qeyd olunacaq. "Buna görə koalisiyanın yaradılmasını iyunun 23-də elan etməyi təklif edirik" - deyə R.Bessmertnı bildirib.

Müxalifətdə olan Regionlar partiyasının nümayənlələri başda Viktor Yanukoviç olmaqla söz veriblər ki, əgər cümə axşamına qədər "narıncı" partiyalar koalisiyanı formalaşdıra bilməsə, onlar müstəqil olaraq Radanın rəhbərliyini seçəcəklər.

"Bizim Ukrayna", Yuliya Timoşenkonun bloku və Sosialist Partiyası parlamentdə çoxluq təşkil edir. Lakin ekspertlər istisna etmirlər ki, "narıncı" partiyaların siyahısı ilə seçilən bəzi deputatlar çmüəyyən şəraitdə Regionlar Partiyasını dəstəkləyə bilərlər.

Radanın iclasında deputatlar "Bizim Ukrayna"nın təşəbbüsü ilə cümə gününədək fasilə elan etmək təklifini rədd ediblər. Növbəti iclas iyunun 22-də baş tutacaq.

"Narıncı" koalisiyanın yaradılması barədə gərgin dənışıqlar mar ayından, Ali Radaya seçkilər keçirildikdən bəri aparılır.

Uzun müddət ərzində prezidentə yaxın "Bizim Ukrayna" partiyası, Yuliya Timoşenkonun bloku və Sosialist Partiyası koalisiyanın işinin əsas prinsiplərini razılaşdıra və rəhbər vəvzifələri bölüşə bilmirdi.

Lakin çərşənbə axşamı hər 3 partiyanın liderləri Viktor Yuşenkonun iştirakı ilə müşakirə keçiriblər.

Ukrayna mətbuatının yaydığı məlumata əsasən, Y.Timoşenko yeni baş nazir, Y.Yexanurov ("Bizim Ukrayna"nın lideri) parlament spikeri, İ.Vinski (Sosialist Partyiasının nümayəndəsi) baş nazirin birinci müavini ola bilər. Bu məlumatlar hələ rəsmi olaraq təsdiqlənməyib.

Bugünkü iclasda Y.Timoşenko bəyan edib ki, Ukrayna rüşvətxorluğun ləğvinə və Avropaya inteqrasiyaya yönəldilmiş "demokratik koalisiya"ya nail ola bilib.

"Bizim Ukrayna", Sosialist Partiyası və mənim rəhbərlik etdiyim blokdan ibarət demokratik qüvvələr koalisiyasının yaradılmasına heç nə mane olmur. Bizim müəyyənləşdirdiyimi əsas vektor - Ukraynanın Avropa ictimaiyyətinə inteqrasiyasıdır" - deyə Y.Timoşenko vurğulayıb.

Xəbər lenti

Xəbər lenti