...

Yuliya Timoşenko "narıncı koalisiya"nın yaradılmasını elan edib

Dünya xəbərləri Materials 22 İyun 2006 16:09 (UTC +04:00)

Ukraynanın Ali Radası Yuliya Tmişenkonun bloku, prezidentpərəst "Bizim Ukrayna" və Sosialist Partiyasının deputatlarından ibarət "narıncı koalisiya"nın yaradılmasını elan edib.

Y.Timoşenko parlament tribunasından bəyan edib ki, koalisiya haqqında bütün sənədlər parlament katibliyinə təqdim olunub.

Trend agentliyi "İTAR-TASS"a istinadən xəbər verir ki, koalisiyanın üzvləri öz aralarında sahələri bölüşdürüb. Y.Timoşenkonun bloku - baş nazir, iqtisadiyyat naziri, yanacaq və energetika naziri, maliyyə naziri, vergi administrasiyası rəhbəri, "Ukrayna Neftqazı"nın rəhbəri və Dövlət Xəzinəsinin sədri vəzifəsini alıb.

"Bizim Ukrayna" fraksiyasının payına isə - inzibatği islahatlar üzrə baş nazir müavini, daxili işlər naziri, müdafiə naziri, ədliyyə naziri, əmək naziri, sənaye siyasəti naziri, gənclər və idman naziri vəzifəsi düşüb.

Sosialist Partiya nəqliyyat və rabitə naziri, ekologiya naziri, təhsil naziri vəzifəsini alıb.

Xəbər lenti

Xəbər lenti