...

Gürcüstan Türkiyənin qaz payını alacaq

Dünya xəbərləri Materials 27 İyun 2006 18:23 (UTC +04:00)

Gürcüstan Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə nəql olunan və Türkiyənin payına düşən qazı müvəqqəti olaraq alacaq. Gürcüstanın Yanacaq və Energetika Nazirliyindən bildiriblər ki, bu, Türkiyənin həmin qazı ala biləcək vaxta qədər davam edəcək.

Trend agentliyi "APN Qazıxıstan"a istinadən xəbər verir ki, belə bir qərar qaz kəmərinin Türkiyənin ərazisindən keçən hissədə yaranmış texniki problemlər üzündən qəbul olunub.

Xəbər lenti

Xəbər lenti