...

Mixail Saakaşvili: Rusiya tədricən Qərb və Gürcüstana qarşı öz mövqeyini yumşaldacaq

Dünya xəbərləri Materials 7 İyul 2006 13:17 (UTC +04:00)

Gürcüstan prezidenti Mixail Saakaşvili əminliklə bildirib ki, Rusiya tədricən Qərb və Gürcüstana qarşı öz mövqeyini yumşaldacaq. M.Saakaşvili ABŞ səfəri zamanı bu bəyanatı edib.

Trend in xəbər verdiyi kimi, prezidentin sözlərinə görə, Rusiya yenə də böyük imperiya olmağa çalışır və qoşunlarını Abxaziya və Cənubi Osetiyadan çıxarmaq istəməməsi məhz bununla izah olunur. Lakin, M.Saakaşvili qeyd edib ki, Rusiyada yaranan orta sinif bu həvəsi söndürməyə yardım etməlidir.

Gürcüstan prezidentinin nikbin olmasına daha bir səbəb RF prezidenti V.Putinin Çexoslovakiya və Macarıstandakı antisovet çıxışları susdurarkən, SSRİ-nin səhv etdiyini etiraf etməsi olub. "Mən kifayət qədər nikbinəm (Rusiyanın gələcəyinə dair), biz Rusiyaya ən yaxşı arzularımızı bildiririk", - deyə M.Saakaşvili bildirib.

İyulun 5-də Vaşinqtonda M.Saakaşvili ABŞ prezidenti Corc Buşla görüşüb. Brifinq zamanı C.Buş Gürcüstanın Şimali Atlantika alyansına daxil olmasının dəqiq tarixini bildirməyib, lakin qeyd edib ki, ölkə, onun fikrincə, "NATO-ya inteqrasiyanın bütün yollarından uğurla keçəcək". "Biz, NATO-nun tərəf-müqabili kimi, ona hərtərəfli yardım göstərəcəyik, lakin bu böyük işdir: Gürcüstan bu istiqamətdə çox iş görməlidir və əminəm ki, hökümət bunu başa düşür; mən inanıram ki, siz mütləq uğur əldə edəcəksiniz", - deyə C.Buş bildirib. Onun fikrincə, "Gürcüstanın NATO-ya üzv olması alyansa sərfəli olar".

Xəbər lenti

Xəbər lenti