...

ABŞ-ın Ukraynadakı səfiri hesab edir ki, Ukrayna və Rusiya ÜTT-yə eyni vaxtda daxil olmalıdır

Dünya xəbərləri Materials 20 İyul 2006 11:11 (UTC +04:00)

ABŞ-ın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Vilyam Teylor hesab edir ki, Ukrayna və Rusiya Ümumdünya Ticarət Təşkilatına eyni vaxtda daxil olmalıdır.

Trend in xüsusi müxbirinin məlumatına görə, bu barədə o, iyulun 19-da Ali Radanın sədri Aleksandr Morozla görüşü zamanı bildirib. Bu barədə jurnalistlərə Ali Radanın mətbuat xidmətinin rəhbəri Viktoriya Şvedova məlumat verib.

V.Teylorun fikrincə, Ukrayna və Rusiyanın ÜTT-yə eyni vaxtda daxil olması əlverişli ticarət rejiminin yaradılmasına imkan verərdi.

Görüşdə səfir Ukraynanın ÜTT-yə daxil olması məsələsinin uğurlu həllində əminliyini vurğulayıb. O, A.Morozu əmin edib ki, ABŞ Ukraynanın bu nüfuzlu təşkilatın üzvü olmaq səylərini dəstəkləyəcək.

Xəbər lenti

Xəbər lenti