...

Gürcüstan parlamentinin sülhməramlıların çıxarılması haqqında qərarı Rusiya hərbi bazalarının fəaliyyətinə təsir göstərməyib

Dünya xəbərləri Materials 20 İyul 2006 18:51 (UTC +04:00)

Gürcüstan parlamentinin Rusiya sülhməramlılarının Abxaziya və Cənubi Osetiyadan çıxarılması haqqında qərarı Rusiyanın Gürcüstandakı hərbi bazalarının fəaliyyətinə heç bir təsir göstərməyib. Bu barədə "İnterfaks-AVN"-ə cümə axşamı Zaqafqaziyadakı Rusiya qoşunları qrupu (ZRQQ) komandanının müavini polkovnik Vladimir Kuparadze xəbər verib.

"Bazalarda xidmət əvvəlki rejimdə gedir. Gürcüstan parlamenti bu qərarı verdikdən sonra heç bir asayiş pozuntusu, bazanın hərbi qulluqçularına qarşı heç bir təhrik qeydə alınmayıb", - deyə Kuparadze bildirib. Bu barədə Trend Kavkaz-press-ə istinadən xəbər verib.

Xəbər lenti

Xəbər lenti