...

Gürcüstan prezidenti Putinlə "razılığa gəlmək" üçün Moskvaya gedir

Dünya xəbərləri Materials 21 İyul 2006 12:37 (UTC +04:00)

Gürcüstan prezidenti Mixail Saakaşvili nikbin əhval-ruhiyyədə Moskvaya gedir və Rusiya lideri Vladimir Putinlə məhsuldar danışıqlara ümid edir. "Putin ölkəsinin maraqlarını müdafiə edən ağıllı adamdır və düşünürəm ki, öz ölkələrinin maraqlarını açıq şəkildə müdafiə edən hər iki prezidentin görüşündə tərəfləri qane edən kompromisslər əldə etmək mümkündür", - deyə "Rustavi-2" teleşirkətinə müsahibəsində Saakaşvili bəyan edib.

O ümid edir ki, Moskvada Putinlə görüş konstruktiv keçəcək. "Düşünürəm ki, prezident Putinlə söhbət mürəkkəb olmayacaq. Mürəkkəb bizim söhbətimizin mövzusudur. Fikrimcə, söhbətimiz konstruktiv olacaq", - deyə o bildirib.

Saakaşvilinin sözlərinə görə, "Gürcüstan süni surətdə Rusiya ilə konfrontasiya yaratmağa çalışmır. Və əgər münasibətlərimizdə kəskinləşmə varsa, o zaman bu, Gürcüstanı məhv etmək istəyən adamların əməlidir". "Bununla belə həmin adamlar bilir ki, gec və ya tez Gürcüstan NATO-ya daxil olacaq, maksimum 3-4 ildən sonra isə iqtisadi cəhətdən inkişaf etmiş ölkəyə çevriləcək".

"Mən Moskvaya yaxşı əhval-ruhiyyədə gedirəm. Biz beynəlxalq arenada mövqeyimizi möhkəmlətmişik. Ölkəmiz yaxşı iqtisadi artıma malikdir. Rusiyadan başqa, digər satış bazarlarına çıxırıq", - deyə o qeyd edib.

Moskvada keçiriləcək MDB ölkələrinin qeyri-formal sammitində iştiraka gəlincə, Saakaşvili bildirib ki, bu ölkəyə yaxşı əhval ruhiyyədə gedir. O etiraf edib ki, Rusiya ilə münasibətlərdə problemlər yaranıb. Ancaq tərəflər kompromissə hazır olmalıdır.

Prezident vurğulayıb ki, Gürcüstan-Rusiya münasibətləri bu günkündən daha da pisləşə bilməz. "Uşaqlar da girov götürülüb, terror aktları da törədilib, birinci şəxslərin hədələri də olub. Ancaq çətin ki, onlar bundan artıq nəyəsə gedə bilsin. Əks halda bizim münasibətlərimiz bu səviyyədə qalacaq", - deyə prezident vurğulayıb. Bu barədə Kavkaz-Press xəbər verir.

Xəbər lenti

Xəbər lenti