...

Gürcüstan prezidentinə amnistiya üçün 26 nəfər təqdim ediləcək

Dünya xəbərləri Materials 24 İyul 2006 12:32 (UTC +04:00)

Bazar ertəsi, iyulun 24-də Gürcüstan prezidenti yanında fəaliyyət göstərən əfv etmə komissiyası Mixail Saakaşviliyə amnistiya üçün 26 məhbusdan ibarət siyahı təqdim edəcək. Bu barədə Trend in Gürcüstandakı xüsusi müxbirinə insan haqları və vətəndaş inteqrasiyası üzrə parlament komitəsinin sədri Yelena Tevdoradze bildirib.

Onun sözlərinə görə, komissiya əfv haqqında 108 ərizəni müzakirə və təhlil edib, onlardan cəmi 26-nı təmin etmək qərarına gəlib. Komissiya 13 məhbusu azad etməyi, daha 13 məhbusun isə həbs müddətini azaltmağı prezidentə tövsiyə edəcək. Tevdoradzenin dediyi kimi, əfv üçün təqdim edilənlərin siyahısında bir qadın da var. "Biz iki yeniyetmənin işini də müzakirə etmişik, lakin onlar çox mürəkkəb işə cəlb olunduqlarından onları amnistiya üçün təqdim etmədik və müzakirəni gələn dəfəyə saxladıq", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti