...

Qazaxıstan İpoteka Şirkəti ipoteka kreditlərinin rəsmiləşdirilməsi zamanı fırıldaqçılıq hallarının çoxalığını bəyan edir

Dünya xəbərləri Materials 10 Avqust 2006 14:50 (UTC +04:00)

Qazaxıstan İpoteka Şirkəti ipoteka kreditlərinin rəsmiləşdirilməsi zamanı fırıldaqçılıq hallarının çoxaldığını bəyan edir və vətəndaşlara xəbərdarlıq edir. "Əgər siz Qazaxıstan İpoteka Şirkətinin proqramı ilə ipoteka krediti almaq niyyətindəsinizsə, bilməlisiniz ki, şirkət borc alanla birbaşa işləmir və müvafiq müqavilə imzalamır" - deyə şirkətin müraciətində bildirilir. Bu proqramla ipoteka kreditinin alınması zamanı anlaşılmazlığın olmaması üçün mənzil satıcıları və tikinti təşkilatları ilə müqavilə imzalamaq lazım deyil.

Trend "Raxat" telekanalına istinadən xəbər verir ki, şirkətin idarə heyətinin sədr müavini Nurlıbek Yermaxanov deyib: "Qazaxıstan İpoteka Şirkəti elan edir ki, heç bir inşaat, rieltor və digər təşkilatlarla saziş bağlamayıb. Biz bir daha bəyan edirik ki, şirkət heç kimə kredit vermir. QİŞ proqramına əsasən, borc alanla layihə tərəfdaşı olan ikinci səviyyəli banklar və bank xidmətləri göstərən şirkətlər müqavilə bağlayır. Bu günə kimi bir fakt aşkarlanıb. Bir borc alan müqavilə ilə bağlı məsləhət almaq üçün şirkətə müraciət edib. Guya bizim şirkət yaşayış evinin tikintisində inşaat şirkətinin maraqlarını təmsil edir. Bu müqavilənin saxta olduğu üzə çıxıb" - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti