Yerli özünüidarəetmə orqanlarına seçkilər sakit şəraitdə keçir. Bu barədə bu gün MSK-da keçirilən birinci brifinqdə komissiya sədri Quram Çalaqaşvili bəyan edib.
Trend in Tbilisidəki xüsusi müxbirinin xəbər verdiyi kimi, MSK sədri bildirib ki, bütün dairə komissiyaları əvvəlcədən razılaşdırılmış vaxtda - saat 8:00-da işə başlayıblar. Hərçənd, Saburtalodakı (Tbilisi) seçki dairələrindən birində problem yaşanıb. Belə ki, burada qutuları vaxtında möhürləmək mümkün olmayıb.
Seçicilərin fəallığından razı qaldığını deyən Çalaqaşvili bunun getdikcə artacağına və seçkilər zamanı ciddi qanun pozuntularının qeydə alınmayacağına ümid bəslədiyini bildirib.
MSK sədri bildirib ki, yerli orqanlara seçkilərin ilkin nəticələri gecə saat 1-də açıqlanacaq və onlar dərhal Tbilisidə yerləşdirilmiş monitorlarda göstəriləçək.