...

Cümə günü Gürcüstandan Rusiya vətəndaşlarının evakuasiyası davam edəcək

Dünya xəbərləri Materials 6 Oktyabr 2006 15:38 (UTC +04:00)

Cümə günü, oktyabrın 6-da Rusiya FHN-nin iki təyyarəsi ilə müvəqqəti olaraq Gürcüstan ərazisində olan Rusiya vətəndaşlarının RF-yə göndərilməsi davam edəcək. Bu barədə Rusiyanın müvəqqəti işlər müvəkkili İvan Volınkin məlumat verib.

Volınkin vurğulayıb ki, RF FHN-nin İL-76 təyyarələrinin Tbilisi aeroportuna cümə günü, təxminən saat 16.00-da gələcəyi planlaşdırılıb. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.

RF-nin Gürcüstandakı səfirliyindən RİA Novosti-yə verilən xəbərə görə, iki təyyarə ilə 180 rusiyalı evakuasiya olunacaq.

Xəbər lenti

Xəbər lenti