...

Hewlett Packard və Microsoft Ermənistan höküməti ilə memorandum və saziş imzalayacaqlar

Dünya xəbərləri Materials 6 Oktyabr 2006 19:04 (UTC +04:00)

Hewlett Packard şirkəti yaxın vaxtda Ermənistan höküməti ilə Əməkdaşlıq haqqında memorandum imzalayacaq. Bu barədə Trend Mediamaksa istinadən xəbər verir.

Bu gün Yerevanda Hewlett Packard şirkətinin MDB ölkələri üzrə baş direktoru Hilmar Lorents /Hilmar Lorenz/ bildirib ki, şirkət elektron idarəetmə və elektron təhsil sahəsində Ermənistan hökümətinə məsləhətləşmə dəstəyi göstərməyə hazırdır.

Microsoft şirkəti də Ermənistan höküməti ilə Əməkdaşlıq haqqında saziş imzalamaq niyyətindədir.

Microsoft şirkətinin Mərkəzi və Şərqi Avropa ölkələri üzrə vitse-prezidenti Vaqe Torosyan bu gün Yerevanda bildirib ki, sənəd cari ilin sonunadək imzalanacaq və innovasiya fəaliyyətinin müxtəlif aspektlərinə aid olacaq.

Xəbər lenti

Xəbər lenti