...

NATO baş katibinin xüsusi nümayəndəsi Gürcüstana gəlir

Dünya xəbərləri Materials 10 Oktyabr 2006 10:40 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, çərşənbə axşamı NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Robert Simons 3 günlük işgüzar səfərlə Gürcüstana gəlir.

Gürcüstan XİN-in informasiya departamentindən RİA Novosti agentliyinə verilən məlumata görə, xüsusi nümayəndənin prezident Mixail Saakaşvili və XİN başçısı Gela Bejuaşvili ilə görüşləri planlaşdırılır. Həmçinin, ölkənin Müdafiə Nazirliyində də görüşün keçirilməsi nəzərdə tutulur.

Görüşlərdə Gürcüstanın alyansla əməkdaşlığının növbəti - "intensiv dialoq" mərhələsinə keçidi ilə bağlı məsələlər müzakirə olunacaq. Bundan başqa, tərəflər mürəkkəbləşmiş Gürcüstan-Rusiya münasibətlərini də nəzərdən keçirəcək.

Xəbər lenti

Xəbər lenti