...

Corc Buş İraq şiyələri hərəkatının lideri ilə görüşəcək

Dünya xəbərləri Materials 2 Dekabr 2006 11:14 (UTC +04:00)

ABŞ prezidenti Corc Buş dekabrın 4-də İraqda şiyələri hərəkatının lideri Əbdul-Əziz əl- Hakim ilə görüşəcək. Bu haqda Ağ evdən məlumat veriblər.

Əbdul-Əziz əl- Hakim "İraqda islam çevrilişinin ali şurası" hərəkatına rəhbərlik edir. Müzakirələrin əsas mövzusu İraqda din daxili münaqişənin aradan qaldırılması olacaq.

RBK-ya istinadən Trend məlumat verir ki, bu il noyabrın 30-da C.Buş İraqın baş naziri Nuri əl- Maliki ilə görüşüb. Reuters məlumat verir ki, hər iki dövlət rəhbərlərinin görüşü İordaniyanın paytaxtı Əmmanda olub.

Xəbər lenti

Xəbər lenti