...

Tbilisidə ZRQQ qərargahından Rusiya texnikası ilə sonuncu kolonna çıxdı

Dünya xəbərləri Materials 21 Dekabr 2006 11:04 (UTC +04:00)

Zaqafqaziyadakı Rusiya qoşunları qrupunun (ZRQQ) çərşənbə günü ZRQQ-yə məxsus sonuncu texnika və silah kolonnası Tbilisi qərargahından çıxdı. ZRQQ qərargahından RİA Novosti-yə verilən xəbərə görə, kolonna 20-dən çox yük avtomobilindən ibarətdir və onlar Gürcüstandan Ermənistana Gümrüdəki 102-ci Rusiya bazasına yola düşüb.

Artıq dekabrın 25-də ZRQQ hərbi qulluqçularının kiçik operativ qrupu Tbilisidən Batumi qarnizonuna yola düşəcək. Onlara Batumi və Axalkalakidəki Rusiya hərbi bazalarının Gürcüstandan çıxarılması prosesinə nəzarət etmək həvalə olunub. Gürcüstan və RF-nin müdafiə idarələri arasındakı razılığa əsasən, bazaların çıxarılması prosesi 2008-ci ilin sonunadək başa çatmalıdır. Bu barədə Trend xəbər verir.

Rusiya Müdafiə Nazirliyinin ZRQQ Tbilisi qarnizonunun təcili çıxarılması haqqında qərarı çərçivəsində 387 hərbi qulluqçu, təxminən 100 ədəd zirehli texnika, 350 ton əmlak və döyüş sürsatı çıxarılacaq.

Əmlak və texnikanın çıxarılması prosesi başa çatdıqdan sonra Rusiya tərəfi ZQRR-ya məxsus dörd hərbi şəhərciyi Gürcüstanın Müdafiə Nazirliyinə vermək niyyətindədir.

Texnika və əmlakın çıxarılması qrafiki gürcü tərəfi ilə razılaşdırılıb. Çıxarılmanın təhlükəsizliyinə Gürcüstan Müdafiə Nazirliyinin hərbi polisi cavab verir.

Xəbər lenti

Xəbər lenti