...

Polşa "Drujba" neft kəməri ilə ölkəyə neft tədarükləri ilə bağlı problemlər haqqında məlumat verib

Dünya xəbərləri Materials 8 Yanvar 2007 16:12 (UTC +04:00)

Polşanın İqtisadiyyat Nazirliyi "Drujba" neft kəməri ilə neft tədarükləri ilə bağlı problemlər haqqında məlumat verib. (c) Reuters nazirliyin nümayəndələrinə istinadən xəbər verir ki, neftin Polşaya tədarükü ilə bağlı problemlər yaranıb.

Əvvəl Polşa KİV-ləri bildirib ki, problemlər Rusiya və Belarusiyanın bu yaxınlarda qazın qiyməti haqqında mübahisələri ilə əlaqədar ola bilər. Trend RBK-ya istinadən xəbər verir ki, bu barədə əlavə məlumat verilmir.

Rusiyadan Belarusiyaya neft tədarükü ixrac yığımlarından axad edilib. Moskva 1 yanvar 2007-ci il tarixindən 180,7 dollar/ton neft həcmində rüsum tətbiq edib. Bu il yanvarın 3-dən məlum olub ki, Belarusiya həmçinin 1 yanvar 2007-ci il tarixindən Rusiya neftinin respublika ərazisi üzrə nəqli üçün 45 dollar/ton həcmində rüsum tətbiq edib.

Xəbər lenti

Xəbər lenti