...

XİN başçısı: İranın nüvə fəaliyyəti dinc xarakter daşıyır

Dünya xəbərləri Materials 6 Fevral 2007 13:46 (UTC +04:00)

İranın nüvə sahəsində fəaliyyəti müstəsna olaraq dinc və şəffaf xarakter daşıyır. Bu barədə İranın XİN başçısı Mənüçöhr Möttəki bildirib.

"İran nüvə silahına dair aydın mövqe tutub", - deyə İran diplomatiyasının başçısı Rabatda mərakeşli həmkarı Məhəmməd ibn İsa ilə görüşünün sonunda vurğulayıb. Bu barədə Trend www.irna.ir saytına istinadən xəbər verir.

"Bizim nüvə sahəsində fəaliyyətimiz tamamilə şəffafdır, tamamilə dinc xarakter daşıyır və Atom enerjisi üzrə Beynəlxalq agentliyin (MAQATE) nəzarəti altında həyata keçirilir. Biz İranın "nüvə dosyesi" probleminin həllində bütün maraqlı tərəflər - Avropa ölkələri, Rusiya, Çinlə danışıqları davam etdiririk", - deyə M.Möttəki bildirib.

Xəbər lenti

Xəbər lenti