...

Türkiyəni quraqlıq gözləyir

Dünya xəbərləri Materials 13 Fevral 2007 11:23 (UTC +04:00)

London universiteti meteoroloji kafedrasının proqnozlarına əsaslanaraq türkiyəli mütəxəssislər bildirir ki, yaxın üç il Türkiyədə quru hava şəraiti təhlükəli miqyasa çatacaq.

Trend in Ankara müxbiri xəbər verir ki, quraqlıq daha çox Mərmərə dənizinə yaxın ərazilərdə, daha şiddətli şəkildə isə Şərqi və Orta Anadoluda hiss olunacaq.

Quraqlıq İstanbul şəhəri üçün də təhlükə yaradır, burada yalnız 8 ay üçün su ehtiyatı var. Şəhəri su ilə təmin edən "Ömərli" su anbarını yalnız yarısına qədər su ilə doldurmaq mümkün olub.

Xəbər lenti

Xəbər lenti