Fransa, Strasburq/ Trend müxbir E.Məcidli/ Fransada keçen ay keçirilən əməliyyatda yaxalanan və həbs edilən PKK terror təşkilatının 6 üzvündən 4-ü sərbəst buraxılıb.
Qeyd etmək lazımdır ki, keçən həftə də həbsdə saxlanan 8 terrorçunun sərbəst buraxılmasına qərar verilmişdi.
Xatırladaq ki, fevralın 5-də keçirilən əməliyyatda terror təşkilatının Parisdəki mərkəzi Kürd Mədəniyyət Evində bir neçə kompüter və sənədlər dövlət tərəfindən müsadirə edilib. Nəzarətdə saxlananlar terrora maddi qaynaq yaratmaq, insan ve pul qaçaqmalçılığıyla bağlı ittiham olunurdu.
Ümumiyyətlə, Fransada PKK terror təşkilatının fəaliyyətlərinə 1993-cü ildən etibarən qadağa qoyulub.