...

Qazaxıstanın informasiya naziri və "Era-TV" kanalı arasında fikir ayrılığı həll olunub

Dünya xəbərləri Materials 19 Mart 2007 13:25 (UTC +04:00)

Qazaxıstan, Astana, /müxbir. Trend K. Kanırova/ Qazaxıstanın mədəniyyət və informasiya naziri Ermuxamet Ertısbaevlə "Era-TV" kanalı arasında münaqişə həll olunub. Trend in Astanandakı xüsusi müxbirinin məlumatına görə, əvvəlcə "Era-TV" -nin jurnalisti Yuliya İsakova peşəkar hüquqlarının pozulmasını hesab edərək naziri məhkəməyə verib.

Sonra nazir İsakovanı qəbul edib. "Biz nazirlə yaranan sualları müzakirə etdik. Mən görüşdən məmnun qaldım" - deyə jurnalist telekanal tərəfindən təşkil edilmiş mətbuat konfransında bildirib.

Telekanal bununla bağlı münaqişənin bitmiş hesab olunduğunu elan edib.

Xəbər lenti

Xəbər lenti