...

RF Çernoqoriya ilə əlaqələri inkişaf etdirmək niyyətindədir – XİN başçısı

Dünya xəbərləri Materials 27 Mart 2007 15:00 (UTC +04:00)

İTAR-TASS . -ın məlumatına görə, RF XİN başçısı Serqey Lavrov çernoqoriyalı həmkarı Milano Roçenla danışıqlara başlayarkən bildirib ki, Rusiya Çernoqoriya ilə əlaqələri inkişaf etdirmək və möhkəmləndirmək niyyətindədir.

Rusiyalı nazir əminliklə bildirib ki, Çernoqoriya XİN başçısının RF-yə səfəri "bütün sahələrdə ölkələrimizin dərin hörmət və tarixi yaxınlıq bünövrəsi olan əməkdaşdığın möhkəmlənməsinə xidmət edəcək ".

Milano Roçen öz tərəfindən bildirib ki, üzün əsrlər "bizim Rusiya ilə çox yaxşı münasibətlərimiz olub". Roçen Çernoqoriyanın müstəqilliyi uğrunda referendumun keçirilməsi zamanı Rusiyanın onlara dayağına görə minnətdarlığını bildirib. "Rusiya yeganə ölkədir ki, Balkandakı hadisələri düzgün qiymətləndirdi və hadisələrin sülh yoluyla həll edilməsinə öz konstruktiv münasibətilə təsir etdi " - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti