...

Gürcüstan prezidenti Ukraynaya səfərini təxirə salıb

Dünya xəbərləri Materials 23 May 2007 16:04 (UTC +04:00)

Gürcüstan,Tbilisi/müxbir Trend N.Kirtsxalia/Gürcüstan prezidenti mayın 24-nə təyin olunmuş Ukraynaya səfərini təxirə salıb. Bu barədə Gürcüstanın prezident adminstrasiyasından məlumat verilib.

Gürcüstan prezidenti ukraynalı həmkarı Viktor Yuşşenko ilə danışıqlar aparmaq niyyətində idi. Həmçinin Kiyevdə Şota Rustavelinin abidəsinin açılışı da planlaşdırılırdı.

Qeyri-rəsmi məlumata əsasən, səfər Yuşşenko və Saakaşvilinin söhbətinin kasset yazısı ilə bağlı qalmaqala görə təxirə salına bilər. Bu yazıda Yuşşenko siyasi opponentləri barədə kifayət qədər kəskin danışır.

Xəbər lenti

Xəbər lenti